Skip to main content
Lamiyə Rzayeva: Ölkənin parlaq gələcəyi – qızların təhsilindədir

Lamiyə Rzayeva: Ölkənin parlaq gələcəyi – qızların təhsilindədir

05/03/2019

  • Kəsişən sahələr
  • Vətəndaş cəmiyyəti
  • Gender məsələləri
  • Mobillik və insanlararası əlaqə
  • Təhsil və peşə təlimi

Gender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsi – Avropa İttifaqının (Aİ) tərəfdaş-ölkələrlə, həmçinin Azərbaycanla əməkdaşlığının ayrılmaz hissəsidir.

Bu istiqamətdə müxtəlif peşələrdən olan qadınlara dəstək məqsədilə çoxsaylı layihələr həyata keçirilir.

Bunlardan biri də – Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Şərq Tərəfdaşlığı” ölkələrinin Vətəndaş cəmiyyəti üçün təqaüd proqramıdır. Proqram vətəndaş cəmiyyəti fəallarına ölkələrinin inkişafına öz töhfələrini gücləndirməkdə dəstək verir.

Azərbaycanda sosial sahə üzrə mütəxxəsis Lamiyə Rzayeva ötən il layihənin ən parlaq iştirakçılarından oldu. Azərbaycanda Sosial İşlər üzrə İctimai Birliyinin (ASWPU) sədri kimi o, həssas mövzuları işıqlandırarkən etik standartlarla bağlı KİV-lərin məlumatlandırılması üçün layihə təklif etdi.

“Çox vaxt kütləvi informasiya vasitələri (KİV) zorlanma və cinayətlərlə bağlı məlumat dərc edərkən, zərərçəkmişin şəxsiyyətini tamamilə açıqlayır, onu hər kəsə tanıtdırır. Bu da zərərçəkmiş şəxsə daha bir zərbə vurur. Bəzən isə, məhkəmənin hökmü olmadan kimisə cinayətkar adlandırırlar”, – layihələrin inkişafı və həyata keçirilməsi üzrə lisenziyalı beynəlxalq trener Lamiyə Rzayeva deyib. 

“Həmçinin erkən nikah, boşanma prosesi, məişət zorakılığı kimi sosial problemlərlə bağlı mövzuları elə məşhur şəxslər şərh edir ki, onların bu sahədə kifayət qədər səriştəsi yoxdur”, – deyə o, sözlərinə əlavə edib. 

“Sosial məsələlər üzrə medianın məlumatlılığının artırılması” (RAMSI) layihəsi çərçivəsində vəziyyətin yaxşılaşdırıması məqsədilə Lamiyə və onun köməkçiləri 20-dən çox KİV nümayəndəsi və ali məktəblərin jurnalistika fakültəsinin müəllimləri üçün üç günlük seminar keçib.

Həmçinin vətəndaş cəmiyyəti ilə KİV-in əməkdaşlığının genişləndirilməsi imkanlarının müzakirəsi üzrə üç dəyirmi masa keçirildi. Müzakirələrə dövlət qurumlarının nümayəndələri də cəlb olunub. Lamiyə YMCA Europe təşkilatının Brüssel ofisinə tanışlıq səfəri məqsədilə gedən iştirakçılardan biridir. Təşkilat psixiki sağlamlıqla bağlı layihələrlə məşğuldur.

Lamiyə Aİ-nin dəstəyilə əldə etdiyi bilik, bacarıq və təcrübələrini bu gün yeni işində tətbiq edir. O, bu ilin yanvarından etibarən Azərbaycanın Gənclər Assosiasiyasının sədridir.

“Gənclərlə iş məni ruhlandıraraq, irəliyə, yeni ideyalara və layihələrə aparır”, – bunu BMT-nin Azərbaycandakı Gənclər üzrə Məsləhət Şurasının üzv olan Lamiyə deyir.

Hazırda Lamiyə ölkənin kənd regionlarında gənclərin inkişaf rolu üzrə layihələr keçirir. Və gələcəkdə özünü dövlət qurumunda və ya parlamentdə sosial inkişaf üzrə mütəxxəsis kimi sınayacağını da istisna etmir.

Ölkənin uğurlu inkişafı – qızların təhsilindədir, deyə Lamiyə əminliyini bildirir: “Arzu edirəm ki, mənim ailəmdə olduğu kimi, Azərbaycanda hər bir qız təhsil və inkişafla bağlı bütün xoş niyyətlərində ailəsi tərəfindən dəstəyi hiss etsin”.

Yelena Ostapenko

Article published by 1news.az in Azerbaijani and Russian.