Skip to main content

9-12 iyun tarixlərində Yeni Avropa Baunhaus Festivalına siz də qoşulun!

09/03/2022

2022-ci il iyunun 9-dan 12-dək Avropa Komissiyası ilk dəfə olaraq Yeni Avropa Bauhaus Festivalını təşkil edir və festivalda fərdi şəxslər və qeyri-kommersiya təşkilatları iştirak edə bilərlər.

Bu il festivalın əsas tədbirləri Brüsseldə baş tutacaq. Digər tədbirlər isə Aİ daxilində və ondan kənarda keçiriləcək. Festivala təşkilatlar, yaradıcı kollektivlər, qurumlar, universitetlər, memarlar, şəhərlər, rayonlar, şirkətlər, rəssamlar, tələbələr, alimlər, novatorlar, bir sözlə hər kəs dəvətlidir. Azərbaycan, Belarus, Ermənistan, Moldova və Ukraynadan olan fərdi şəxslər və qeyri-kommersiya təşkilatları da sərgidə və festivalda (hər ikisi Brüsseldə baş tutacaq) iştirak etmək və əlavə tədbirlər təşkil etmək üçün müraciət etməyə dəvət olunur.

Festival çərçivəsində keçiriləcək tədbirlərdə Yeni Avropa Bauhaus Festivalının dəyərləri və gözəl və dayanıqlı məkanlar və birlikdə yaşamaq yolları təşviq olunmalıdır.

Müraciət üçün son tarix martın 7-dir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Əlavə tədbirlər üçün müraciət qəbulu

Sərgi (layihə sərgisi) üçün müraciət qəbulu

Festival (mədəni və bədii tədbirlər) üçün müraciət qəbulu

Original source: EU Neighbours east