Skip to main content

2022-ci il üzrə Lorenzo Natali Media Mükafatı üçün ərizə qəbuluna başlanıb 

09/03/2022

Dünyanın aparıcı jurnalistika mükafatlarından biri olan Lorenzo Natali adına mükafat üçün ərizə qəbuluna başlanıb. Sözügedən mükafat əsasən dayanıqlı inkişaf məsələlərini işıqlandıran jurnalistlərə təqdim olunur. Lorenzo Natali media mükafatı 1992-ci ildə Avropa Komissiyası tərəfindən təsis edilib və bu il 30 illiyini qeyd edir. Bu mükafat söz azadlığı, demokratiya, insan haqları və inkişafın sadiq müdafiəçisi kimi tanınan keçmiş İnkişaf məsələləri üzrə Komissar Lorenzo Natalinin adını daşıyır. 

Jurnalistlər öz işlərini üç nominasiyadan biri üzrə təqdim edə bilərlər:

  • Avropa İttifaqına tərəfdaş ölkələrdən birində fəaliyyət göstərən kütləvi informasiya vasitəsində dərc olunan reportajlar üçün təqdim olunan əsas mükafat.
  • Avropa İttifaqına üzv dövlətlərin birində fəaliyyət göstərən kütləvi informasiya vasitəsində dərc olunan reportajlar üçün təqdim olunan Avropa nominasiyası üzrə mükafat.
  • Avropa İttifaqına üzv dövlətlərin və ya ittifaqa tərəfdaş ölkələrin birində fəaliyyət göstərən kütləvi informasiya vasitəsində dərc olunan və 30 yaşdan aşağı jurnalistə məxsus reportaj üçün təqdim olunan Gənc jurnalistlər nominasiyası üzrə mükafat.

Qaliblərin hər birinə 10 000 avro dəyərində mükafat təqdim olunacaq. Gənc jurnalistlər nominasiyasının qalibinə həmçinin media tərəfdaşlarından birində təcrübə keçmək imkanı veriləcək. Müraciətlərin son qəbulu tarixi mart ayının 31-dir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Original source: EU Neighbours east