Xalçaçılıq ənənələrinin bərpası

08/02/2021

Tərəkəmə ənənələrini unutmayan, xalçaçılığa sevgi ilə yanaşan Telişli xanımları Əsmər Baxışova, Nəzakət İbrahimova, Pəri Əzimova və digərləri tərəkəmə xalça sənətini bərpa etmək üçün Avropa İttifaqı layihəsindən yararlandılar. Layihə çərçivəsində xalça sexinin yaradılması üçün yerli sahibkar 120 kv metr sahəsi olan binanı xalçaçılara təmənnasız olaraq verdi. Layihə binanı tam təmir etdi, dörd dəst hana qurğusu və toxucu komplekti aldı, təcrübəli xalça ustası Fatma xanım Ağamirzəyevanı təlimçi kimi cəlb etdi. Kooperativ əsasında fəaliyyət göstərən sexdə artıq ilk iki xalça toxundub.

Bu səhifədə verilən məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qoruması ilə tənzimlənir. © Avropa İttifaqı 2021