Tərəkəmə xanımlarının adət-ənənələri

08/02/2021

Tarixən köçəri həyat tərzi sürmüş tərəkəmələr heyvanlarını otarmaq üçün qışda İmişli, Beyləqan, Bilasuvar, Sabirabad, Salyan və digər Aran rayonlarına, yayda isə Kəlbəcər, Laçın və digər rayonların ərazilərinə köç etmişlər. Tərəkəmə xanımları yun emal edərək ondan xalça, kilim və digər məmulatları toxumaqla məşğul olmuş, məişətdə istifadə olunan xurcun, çuval, fərmaş və s. məhsullar hazırlamışlar. Tarixən tərəkəmə olan və öz ənənələrini unutmayan Telişli icmasının xanımları hər zaman xalçaçılığa sevgi ilə yanaşmışlar.

Bu səhifədə verilən məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qoruması ilə tənzimlənir. © Avropa İttifaqı 2021