Skip to main content

Aİ-nin Xarici Sərhədlərində Avropa Qonşuluq Alətinin Transsərhəd Əməkdaşlıq Proqramları üzrə Mexanizmi (TESIM)

Təsvir
TESIM (ENI CBC Proqramlarının Tətbiqi və İdarə Edilməsinə Texniki Dəstək), ENI CBC proqram sənədində adı çəkilən on beş proqramın həyata keçirilməsini və idarə edilməsini dəstəkləmək üçün Avropa Komissiyası tərəfindən maliyyələşdirilən texniki yardım layihəsidir.
Konkret məqsədi
- ENI CBC proqramlarının idarə edilməsinin və tətbiqinin keyfiyyətinin artırılması, Üzv Dövlətlər və tərəfdaş ölkələr arasında proqram səviyyəsində əməkdaşlığın gücləndirilməsi.
- CBC-yə tərəfdaş ölkələrin uyğun regionlarında layihələrin hazırlanması və idarə edilməsi üzrə yerli və regional dövlət orqanlarının və özəl təşkilatların potensialının artırılması.
- ENI CBC proqramları və eləcə də ENI CBC proqramları və digər oxşar alətlər arasında əlaqələndirilmənin stimullaşdırılması.
- ENI CBC aləti haqqında məlumatın daha böyük kütləyə çatdırılması.
Gözlənilən nəticələr
- ENI CBC proqramlarının maraqlı tərəfləri təcrübələrini digər ENI CBC proqramlarındakı həmkarları, eləcə də mümkün olan halarda Üzvlük öncəsi alət (IPA) çərçivəsində icra olunan Avropa Ərazi Tərəfdaşlıq proqramı və CBC proqramlarına cəlb olunan iştirakçılar ilə paylaşa biləcəklər.
- Komissiya və ENI CBC proqramının maraqlı tərəfləri layihələnin icrası ilə bağlı problemləri aradan qaldırmaq üçün dəstək əldə edəcəklər.
- Komissiya və ya ENI CBC proqramının maraqlı tərəflərinin xahişi ilə başlanan araşdırmalar və/və ya ümumi xarakterə malik alətlər həyata keçiriləcək.
- Proqramın maraqlı tərəfləri arasında fəal şəbəkələrin qurulacaq və onların məlumatları, səmərəli idarəetmə təcrübələri paylaşmağına və prosedurları təkmilləşdirməsinə şərait yaradacaq.
- Benefisiar regionlarda transsərhəd və regional əməkdaşlıq imkanları haqqında məlumatlılığın səviyyəsi artırılacaq.
- ENI CBC aləti haqqında daha böyük kütləyə məlumatların çatdırılması gücləndiriləcək.
- ENI CBC aləti və digər maliyyələşdirmə mənbələri arasında əlaqələndirmə gücləndiriləcək.
- CBC tərəfdaş ölkələrdə partnyorların potensialı müəyyən ediləcək və yaxşı keyfiyyətli məhsulların hazırlanması işi artırılacaq.
- CBC tərəfdaş ölkələrdəki partnyorların yerli / regional inkişaf layihələrini idarə etmək imkanları artırılacaq.
- Həyata keçirilmək üçün hazırlanan və təsdiqlənmiş keyfiyyətli layihələrin sayı artırılacaq.
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Qoruyan tərəfdaşlıq
Alt sektor:
Transsərhəd əməkdaşlıq və sərhədlərin idarə edilməsi
Mövzular:
Transsərhəd əməkdaşlıq
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
15.10.2015
Bitmə tarixi:
30.04.2023
Aİ Layihə nömrəsi:
136-274