Skip to main content

Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək

Təsvir
Yunanıstan Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış müqaviləyə əsasən, 17 yanvar 2018-ci il tarixdə başlamış və 28 ay davam etmiş "Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə Dəstək" Tvinninq layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilərək 2020-ci il 17 may tarixində başa çatıb. Layihə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Yunanıstan Respublikasının Dövlət Gəlirləri üzrə Müstəqil Orqanı, həmçinin Beynəlxalq və Avropa İqtisadi Hüquq Mərkəzi (CIEEL) tərəfindən həyata keçirilib. Layihənin məqsədi transfer dəyəri üzrə qanunvericiliyin və transfer qiymətləri üzrə auditin tətbiqi və həyata keçirilməsində, eləcə də transfer qiymətləri haqqında qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması və qabaqcıl praktikaya əsaslanan audit prosesləri üçün resursların yaradılmasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək göstərməkdən ibarət olub.
Konkret məqsədi
Transfer dəyəri üzrə qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılması və audit prosesləri üçün effektiv resursların yaradılması məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək verilməsi nəzərdə tutulub.
Gözlənilən nəticələr
- Transfer dəyəri üzrə qanunvericiliyinin Avropa İttifaqı standartlarına uyğun hazırlanması;
- Transfer qiymətləndirməsi sahəsində “Qiymətlərin əvvəlcədən müəyyən edilməsi” və "Qarşılıqlı Razılaşma Prosedurları" sisteminin hazırlanması;
- Avropa İttifaqı standartlarına uyğun olaraq transfer qiymətləndirməsinin tənzimlənməsi sahəsində inzibati nəzarət mexanizmlərinin yaradılması və bu sahədə Vergilər Nazirliyinin institusional potensialının artırılması.
Layihə sənədləri
Beneficiaries
Improve the procedures to tackle an abusive tax haven schemes and tax fraud – Workshop for BEPS Actions 6 and 15
Capacity building to implement TP auditing mechanism for auditors of Local Revenue Department of the Ministry of Taxes
Training of trainers courses – Advanced training in Transfer pricing and International Taxation
Capacity building to implement TP auditing mechanism for tax officials of Main National Revenue Department of the Ministry of Taxes
Comprehensive training sessions on specific sectors and capacity building to implement TP auditing mechanism for auditors of National Revenue Department of the Ministry of Taxes
Seminar on anti–tax avoidance analysis and implementation
Seminar on TP provisions and various issues in practice
Workshops on Transfer Pricing (TP) Methodology Guidelines
Practical insight of the application of TP Guidelines through a study visit to Independent Authority for Public Revenue, Greece
Ministry of Taxes of the Republic of Azerbaijan
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Qoruyan tərəfdaşlıq
Alt sektor:
Dövlət idarəçiliyi və dövlət administrasiyası
Mövzular:
Səmərəli idarəçilik
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
17.01.2018
Bitmə tarixi:
17.05.2020
Aİ Layihə nömrəsi:
392-691