Skip to main content

Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi

Təsvir
Layihənin məqsədi 3 komponent üzrə Azərbaycanın ali təhsil sistemində (ATS) Tİİ strategiyası və idarəçiliyinin gücləndirilməsidir. K1: ATS-də Tİİ-nin idarə edilməsi üçün imkanların yaradılması - Azərbaycanın ATS-də Tİİ üçün milli koordinasiya modeli üçün biri maliyyə olmaqla 3 dəstək mexanizminin hazırlanması və birinin pilot olaraq həyata keçirilməsi; K2: Tədqiqatların dəstəklənməsi istiqamətində potensialın gücləndirilməsi - Tİİ üçün imkanların müəyyənləşdirilməsi və onun təşviqi istiqamətində mərkəzlərin və universitetlərdəki yerli əlaqələndiricilərin potensialının artırılması. ATM-lərdə tədqiqat və ixtira fəaliyyətlərinin genişləndirilməsi üçün həvəsləndirici mexanizmlər, ATM-lərlə sənaye və hökumət arasında əməkdaşlıq modeli də daxil olmaqla “Open Innovation” konsepsiyasının hazırlanması; K3: Müasir doktorantura təhsil proqramlarının formalaşdırılması - Müasir doktorantura təhsil proqramı üçün təlim yönümlü yeni proqramı özündə əks etdirən strateji çərçivəsinin hazırlanması, Tİİ bacarıqlarının inkişaf etdirilməsi və tətbiqi məqsədilə təlimçilər üçün təlim proqramı.
Konkret məqsədi
Layihənin hədəfi ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyalara dəstək verilməsi məqsədilə müxtəlif rəqabətədavamlı tədqiqat fondlarının icrasında Təhsil Nazirliyinin institusional imkanlarının gücləndirilməsidir.
Gözlənilən nəticələr
- Azərbaycanın ali təhsil sistemində Tİİ üçün milli koordinasiya modeli;
- Biri maliyyə olmaqla 3 dəstək mexanizminin hazırlanması və onun həyata keçirilməsi məqsədilə benefisiar üçün təlimlər;
- Azərbaycan universitetlərində Tİİ fəaliyyətlərinin dəqiq monitorinqi;
- Tədqiqatın maliyyələşməsi imkanlarında iştirak etmək üçün universitetlərdəki Tİİ mərkəzləri və əlaqələndiricilərin potensialının yaxşılaşdırılması;
- Ali təhsil müəssisələri, sənaye və hökumət arasında əməkdaşlıq modeli;
- Tədqiqat infrastrukturundan birgə istifadə üçün “Open Innovation” modelinin hazırlanması;
- Tədqiqatın mükəmməlləşdirilməsini təşviq etmək və onun daha geniş yayılmasını təmin etmək üçün “Open Science” modelinin hazırlanması;
- Müasir doktorantura təlim proqramları – doktorantlar üçün onlayn kurslar.
Beneficiaries
1.1.3. Training of the RDI Unit staff
1.2.3. Training of staff on Supporting Scheme Management
1.2.1. Preparation of proposal for RDI Supporting Schemes
1.1.5. Development of management and monitoring tools for RDI Unit
1.1.4. Study visit for RDI Unit staff
1.1.2. Establishment of the Research, Development, and Innovation (RDI) Unit
Layihə xəritəsi
Foto qalereya
2.8. Open Science Workshops
2.3. Model for HEI-Industry-Government cooperation
2.4. Network of RDI University of Liaison Points
1.2.3. Training of staff on Supporting Scheme Management
1.1.3. Training of the RDI Unit staff
2.1. Develop RDI Unit to support international funding
3.3. 'Train the Trainers' for Modern Doctoral Education
1.1.4. Study visit for RDI Unit staff
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Qoruyan tərəfdaşlıq, Yaradan tərəfdaşlıq
Alt sektor:
Dövlət idarəçiliyi və dövlət administrasiyası, Təhsil, tədqiqat və innovasiyalar
Mövzular:
Səmərəli idarəçilik, Tədqiqat və innovasiyalar, Təhsil
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
08.10.2018
Bitmə tarixi:
02.05.2020
Veb-sayt:
http://rdi.edu.az
Sosial media:
-
Aİ Layihə nömrəsi:
398-479