Skip to main content

İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması

Təsvir
Son on il ərzində Azərbaycan özünün təhsil sektorunu dəyişdirmək üçün çox səy göstərmişdir. Müəyyən nailiyyətlərə baxmayaraq, ölkənin üzləşdiyi ən böyük çətinlik təhsil xidmətlərinin keyfiyyətinin aşağı olmasıdır. Ümumiyyətlə, təhsil sektorunda müxtəlif icmaların ehtiyaclarını müəyyənləşdirmək, müzakirə etmək və qarşılamaq üçün müvafiq platformlar yoxdur.
Layihə 3-5 yaşlı uşaqların dörd inkişaf sahəsində bacarıqlarını artıracaqları İcma Əsaslı Məktəbəqədər Təhsil mərkəzlərini yaratmaq və 50 hədəf məktəbdə valideyn birlikləri və məktəbin birgə əməkdaşlığı sayəsində ibtidai təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. Məktəbəqədər və ibtidai təhsil səviyyələrində vətəndaş iştirakını təmin etməklə, Azərbaycanın əlverişsiz kənd icmalarında daha keyfiyyətli təhsil xidmətlərinə nail olmaq nəzərdə tutulur. Layihə əsasən vətəndaş cəmiyyətinin məktəbəqədər təhsil xidmətləri göstərməsində potensialının və iştirakının gücləndirilməsini, həmçinin valideynlərin təhsil xidmətlərinin idarə edilməsində və monitorinqində iştirakını dəstəkləyir.
Konkret məqsədi
Layihənin iki xüsusi məqsədi var:
- İcma əsaslı qruplar vasitəsilə nəzərdə tutulmuş regionlarda (hədəf regionlarda) 3-5 yaşlı uşaqların məktəbəqədər və ibtidai təhsildə iştirakını artırmaq;
- Başlıca olaraq cavabdehlik və şəffaflıq əsasında valideynlərin təhsil monitorinqində aktiv iştirakı nəticəsində məktəb-icma əlaqələrinin gücləndirilməsi.
Gözlənilən nəticələr
- İqtisadi şəraitin yaxşılaşdırılması, ailələrin xüsusilə də evdar qadınların iş və ya təhsil üçün istifadə edə biləcəkləri daha çox boş vaxt əldə etmələri;
- Daha uzun bir müddətdə bu fəaliyyətlər (layihə) hədəf qrupundakı icmalarda olan uşaqların rifahının gələcəkdə daha yaxşı qazanc/iş imkanları, ümumi həyat perspektivləri sayəsində yaxşılaşdırılmasına yönəlib;
- Valideynlərin göstərilən xidmətlərin keyfiyyət təminatında iştirak etmək imkanının (qabiliyyətinin) artırılması;
Uşaqların öyrənməsi üçün daha yaxşı ev mühiti;
- Şəffaflıq və hesabatlılıq təcrübələrinin inkişaf etdirilməsi.
Layihə xəritəsi
Foto qalereya
Seminars for parents
Meeting with parents
Training for the community teachers
Meetings with parents
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaradan tərəfdaşlıq
Alt sektor:
Təhsil, tədqiqat və innovasiyalar
Mövzular:
Təhsil
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.10.2018
Bitmə tarixi:
31.03.2021
Aİ Layihə nömrəsi:
397-277