Skip to main content

Azərbaycanda əlilliyi olan uşaqlar üçün inklüziv keyfiyyətli təhsilin genişləndirilməsi

Təsvir
Layihə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na dəstək olaraq Avropa Ittifaqının maliyyə dəstəyi ilə UNICEF tərəfindən Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihənin məqsədi əlilliyi olan uşaqların ümumtəhsil məktəblərində keyfiyyətli inklüziv təhsil alması üçün əlverişli mühitin yaradılması, o cümlədən həmin uşaqların ancaq xüsusi təhsil mühitində təhsil ala bilmələri kimi stereotiplərin dəyişdirilməsindən ibarətdir. Əsas hədəf ümumtəhsil məktəblərinin, 10 000 nəfər ibtidai sinif müəlliminin inklüziv təhsil üzrə biliklərini artırmaq və əlliliyi olan uşaqlara səmərəli şəkildə təhsil verə bilmələri üçün onların bacarıqlarını təkmilləşdirməkdir. Layihə həmçinin əlilliyi olan uşaqların inklüziv təhsilə cəlb olunması üçün cəmiyyətdə müsbət münasibətlərin formalaşdırılmasını dəstəkləyir. Layihə Bakı, Sumqayıt, Quba, Şəki, Ağcabədi, Gəncə və Qazax rayonlarında icra edilir.
Konkret məqsədi
- İnklüziv təhsil üzrə təlim modullarının müəllim hazırlığı kurikulumlarına daxil edilməsi vasitəsilə ilkin pedaqojı və ixtisasartırma təlimi pillələrində kadr hazırlamaq;
- 7 hədəf regionda (Bakı, Sumqayıt, Gəncə, Quba, Şəki, Ağcabədi, Qazax) müəllim, şagird və valideynləri inklüziv təhsil üzrə yerində dəstək və resurslarla təmin etmək;
- Cəmiyyətdə, xüsusilə valideynlər arasında əlilliyi olan uşaqlara qarşı münasibətləri və davranışları müsbət istiqamətdə dəyişmək.
Gözlənilən nəticələr
2020-ci ilədək inklüziv təhsil üzrə kadr hazırlığı məqsədilə milli müəllim hazırlığı sisteminin təkmilləşdirilməsi, o cümlədən:
- inklüziv təhsil üzrə müfəssəl müəllim hazırlığı proqramının tərtib edilməsi və 5 hədəf pedaqojı universitetinin və müəllimərin ixtisasartırma institutunun kurikulumuna daxil edilməsi;
- ixtisasartırma təliminin geniş şəkildə təşkil edilməsi üçün 100 təlimçi və 10 000 ibtidai sinif müəlliminin inklüziv təhsil üzrə təlim keçməsi;
- 5 pedaqojı universitetdə 300 müəllim və 1300 gələcək müəllimin inklüziv təhsil üzrə təlim keçməsi;
- inklüziv təhsilin tətbiqinə dəstək məqsədilə ümumtəhsil məktəblərində 9 resurs mərkəzinin yaradılması.
Beneficiaries
Capacity building of teachers in inclusive education
Layihə xəritəsi
Foto qalereya
Capacity building of teachers in inclusive education
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Qoruyan tərəfdaşlıq, Yaradan tərəfdaşlıq, Səlahiyyətləndirən tərəfdaşlıq
Alt sektor:
Dövlət idarəçiliyi və dövlət administrasiyası, Təhsil, tədqiqat və innovasiyalar, İnklüzivlik
Mövzular:
Səmərəli idarəçilik, Təhsil, İnsan hüquqları
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
25.05.2018
Bitmə tarixi:
24.08.2020
Aİ Layihə nömrəsi:
396-994