Skip to main content

Dövlət Özəl Tərəfdaşlığı (PPP) təşəbbüsləri vasitəsilə təhsildə davamlı və müxtəlif maliyyə mənbələrinin yaradılmasında Təhsil Nazirliyinə dəstək

Təsvir
Layihənin ümumi məqsədi dövlət-özəl tərəfdaşlığı (PPP) təşəbbüsləri vasitəsilə təhsildə davamlı və müxtəlif maliyyə mənbələrinin yaradılmasında Təhsil Nazirliyinə dəstək olmaqdır. Bu müqavilənin əsas məqsədi Azərbaycanda, xüsusilə təhsil sahəsində dövlət-özəl tərəfdaşlığı üçün potensialın artırılmasıdır.
Konkret məqsədi
- Azərbaycanda təhsil infrastrukturunun maliyyələşdirilməsinə özəl sektorun cəlb olunması üçün alternativ yolların təklif edilməsi;
- Azərbaycanda təhsil sektoru üçün PPP strategiyasının layihəsinin hazırlanması;
- Azərbaycanda təhsil sahəsində iki potensial PPP layihəsi üçün tam texniki-iqtisadi əsaslandırmanın hazırlanması;
- Özəl sektorun TN-ə cəlb edilməsini təşkil etmək üçün tələb olunan PPP institusional sxeminin hazırlanması.
Gözlənilən nəticələr
- Azərbaycanda təhsil sektorunun maliyyələşdirilməsinə özəl sektorun cəlb edilməsi üçün alternativ mexanizmlərin təklif edilməsi;
- Azərbaycanda təhsil sektoru üçün nəticələr və proqnozlaşdırılan uzunmüddətli təsirlərin daxil edildiyi dövlət-özəl tərəfdaşlığı strategiyasının layihəsinin hazırlanması;
- Azərbaycanda təhsil sektorunda potensial dövlət-özəl tərəfdaşlığı layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması;
- Təhsil Nazirliyində özəl sektorun cəlb edilməsinin asanlaşdırılması üçün Dövlət-Özəl Tərəfdaşlığının institusional çərçivəsinin (nəticələr və proqnozlaşdırılan uzunmüddətli təsirlər daxil olmaqla) hazırlanması.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaradan tərəfdaşlıq
Alt sektor:
Təhsil, tədqiqat və innovasiyalar
Mövzular:
Təhsil
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
28.01.2019
Bitmə tarixi:
26.07.2020
Veb-sayt:
http://www.ibf.be/
Aİ Layihə nömrəsi:
405-399