Skip to main content

Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək

Təsvir
Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən "Kənd yerlərində sahibkarlığın inkişafına dəstək" layihəsinin ümumi məqsədi Azərbaycanın bütün iqtisadi rayonlarında biznesin inkişafına, məşğulluğun artırılmasına töhfə verməkdən və kənd yerlərində yaşayış şərtlərinin yaxşılaşdırılması və keyfiyyətin artırılmasından ibarətdir. Layihə həmçinin kənd yerlərində sahibkarlığın və kiçik və orta biznesin inkişafının yaxşılaşdırılmasının təmin edilməsi istiqamətində İqtisadiyyat Nazirliyinə və əlaqədar strukturlara dəstək verməkdədir. Layihəyə 7 may 2019-cu il tarixdə 30 ay müddətinə start verilib və Layihənin Texniki yardım komandası Bakıda fəaliyyət göstərir.
Konkret məqsədi
Kənd yerlərində yaşayış şərtlərinin yaxşılaşdırılması və keyfiyyətinin artırılması.
Gözlənilən nəticələr
- Hökümətin beynəlxalq standartlara cavab verən fəaliyyət proqramı, idarəetmə, xidmət göstərmə, izləmə və qiymətləndirmə sistemi modelini hazırlamaq və həyata keçirmək üçün gücləndirilmiş institusional potensialı hazırlamaq;
- Qadınlar və kənd yerlərindəki gənclər üçün yeni təşəbbüskarlıq proqramları da daxil olmaqla yeni proqramlar hazırlamaq və fəaliyyətləri kənd yerlərinə yaymaq;
- Sahibkarlığın öyrənilməsini genişləndirmək və təşəbbüskar davranış və bacarıqlarını inkişaf etdirmək üçün hazırlanmış və sınaqdan keçirilmiş bir E-Learning platforması qurmaq;
- Kommunikasiya, koordinasiya və əməkdaşlıq platforması və şəbəkə yaratmaq hansı ki, kənd yerlərində sahibkarlığı və KOB inkişafını da dəstəkləsin.
Layihə xəritəsi
Foto qalereya
SMBDA and Ministry of Economy, Department of Entrepreneurship Policy
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaradan tərəfdaşlıq
Alt sektor:
Məşğulluq və sahibkarlıq
Mövzular:
Biznes
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.05.2019
Bitmə tarixi:
31.10.2021
Veb-sayt:
www.ctnc.es
Aİ Layihə nömrəsi:
405-614