Skip to main content

Energetika sektorunun inkişaf etdirilməsi üçün Azərbaycan Hökümətinə dəstək

Təsvir
Layihə Azərbaycan hökumətinə enerji sektorunu ən yaxşı Avropa/beynəlxalq ekspertiza və təcrübələrə uyğun olaraq daha da inkişaf etdirməyə dəstək verir. Bu tapşırığın konkret məqsədi Energetika Nazirliyinə enerji təchizatı, tələbin trendlər və bərpaolunan enerjinin səmərəliliyi potensialını nəzərə almaqla hərtərəfli qiymətləndirməyə əsaslanaraq 2050-ci ilədək enerji sektorunun inkişafı üçün müxtəlif siyasət variantlarını və ssenarilərini təhlil edən Uzunmüddətli Enerji Strategiyası (UES) hazırlamaqda kömək etməkdir.
Layihə çərçivəsində aşağıdakı fəaliyyətlər həyata keçirilib:
• Strateji Yol Xəritələri, əsas və ikinci dərəcəli qanunvericilik, bərpaolunan enerji potensialı, enerji sektorundakı tariflər, Enerji Balansları, əvvəlki müvafiq layihələrdən əldə olunan nəticələr də daxil olmaqla bütün mövcud məlumatların nəzərdən keçirilməsi və qiymətləndirilməsi;
• Əsas maraqlı tərəflərin UES-də və Energetika Nazirliyinin müvafiq idarələrində iştirakı;
• Məqsədlərin və spesifik hədəflərin müəyyənləşdirilməsi altında hər bir strateji istiqamət üzrə mövcud variantların müəyyənləşdirilməsi və təhlili, Uzunmüddətli Enerji Strategiyasında nəzərə alınacaq ssenarilərin inkişafı.
Konkret məqsədi
Spesifik məqsəd Energetika Nazirliyinə 2050-ci ilədək inkişaf üçün müxtəlif siyasət variantlarını və ssenarilərini təhlil edən uzunmüddətli enerji strategiyası hazırlamaqda yardım etməkdir.
Gözlənilən nəticələr
- Fəaliyyət Planı, strateji istiqamətlər, məqsədlər və hədəflər, əsas göstəricilər daxil olmaqla, Azərbaycan üçün uzunmüddətli Enerji Strategiyası;
- Enerji strategiyası ilə əlaqədar maraqlı tərəflərlə seminarlar və bir sıra məsləhətləşmələr.
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaşıllaşdıran tərəfdaşlıq
Alt sektor:
Enerji və enerjinin səmərəliliyi
Mövzular:
Energetika
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
05.09.2019
Bitmə tarixi:
05.07.2020
Aİ Layihə nömrəsi:
408-505