Skip to main content

Azərbaycanın kənd bölgələrində gilə meyvə və tərəvəz istehsalının dayanıqlı dəyər zəncirlərini inkişaf etdirmək üçün fermerlərə dəstək

Təsvir
Layihə tərəvəz və giləmeyvə sektorlarında mənfəət baxımından səmərəli dəyər zəncirlərini inkişaf etdirəcəkdir. Nəticədə onlar Azərbaycanın 10 bölgəsində 5000 nəfər həssas əhali qrupuna aid olan kişi və qadın kiçik fermer təsərrüfatlarının gəlirlərini artıracaqdır. Layihə 3 əsas komponentdən ibarətdir: 1) 4000 kiçik tərəvəz istehsalçılarının inkişafına yardım; 2) 1000 kiçik giləmeyvə istehsalçılarının inkişafına yardım (80% qadınlar); 3) İqlim dəyişikliyi və təbii fəlakətlərlə əlaqəli risklərin azaldılması üçün biliklərə yiyələnmə. Layihə özəl toxum istehsalçılarının və şitillik təsərrüfatlarının inkişafına və həm tərəvəz, həm də giləmeyvə sahələrində fermerlərə yeni məhsuldar toxumların çatdırılmasına yönəldiləcək, fermerləri istehsalçı qruplarda təşkil edəcək, onları müasir kənd təsərrüfatı texnikası və damcı suvarma sistemləri ilə tanış edəcəkdir. Eyni zamanda, fermerlərin bazara çıxışı yaxşılaşdırılacaq, özəl toxum istehsalçılarının, şitillik təsərrüfatlarının rəhbərlərinin və fermerlərin müxtəlif sahələr üzrə bilik və bacarıqları artırılacaq, fermerlərin məhsullarını nümayiş etdirmələri və satmaları üçün yarmarkalar təşkil ediləcəkdir.
Konkret məqsədi
Layihənin spesifik məqsədi tərəvəz və giləmeyvə sektorlarında mənfəət baxımından səmərəli dəyər zəncirlərini inkişaf etdirməkdir ki, onlar Azərbaycanın 10 bölgəsində 5000 nəfər həssas əhali qrupuna aid olan kişi və qadın kiçik fermer təsərrüfatlarının gəlirlərini artırsınlar.
Gözlənilən nəticələr
- Dəyər zəncirinin iştirakçıları arasındakı əlaqələri gücləndirmək və asanlaşdırmaqla 4000 kiçik fermerin, o cümlədən 2000 qadının tərəvəz istehsalı artacaq;
- Dəyər zəncirinin iştirakçıları arasındakı əlaqələri gücləndirmək və asanlaşdırmaqla 1000 kiçik fermerin, o cümlədən 800 qadının giləmeyvə (moruq və çiyələk) istehsalı artacaq;
- On rayonun 50 hədəf icması fəlakət risklərinə və iqlim dəyişikliyinə qarşı dayanıqlı olacaq;
- Tərəvəz və giləmeyvə dəyər zəncirinin iştirakçıları İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin həssas və yoxsul əhali qrupları üçün nəzərdə tutulan kənd inkişaf proqramlarından faydalanacaqlar.
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaradan tərəfdaşlıq
Alt sektor:
Kənd təsərrüfatı və regional inkişaf
Mövzular:
Kənd təsərrüfatı
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.01.2020
Bitmə tarixi:
31.12.2021
Sosial media:

Aİ Layihə nömrəsi:
409-623