Skip to main content

Gənclərin sahikarlıq fəaliyyətinə dəstək

Təsvir
“Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsi Avropa İttifaqı tərəfindən Azərbaycanda Təhsilə Dəstək Proqramı çərçivəsində maliyyələşdirilir. Layihənin ikinci donoru “PAŞA Bank”dır. Layihə Azərbaycan Gənclərinin Nailiyyəti (JA Azerbaijan) ictimai birliyi tərəfindən Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) və JA Estoniya ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

“Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsinin ümumi məqsədi vətəndaş cəmiyyətinin Azərbaycanda sahibkarlıq ekosisteminin inkişafında rolunu genişləndirərək, gənclər arasında sahibkarlıq bacarıqlarını və maliyyə savadlılığının təşviqi prosesində iştirakını təmin etməkdir.

Layihə Bakı, Qəbələ, Qax, Gəncə, Xaçmaz, Masallı, Migəçevir və Zaqatala rayonlarında həyata keçirilir və seçilmiş 4 ilk peşə ixtisas və 42 orta məktəbdən 150 müəllim və 3000 şagirdi əhatə edir.
Konkret məqsədi
- Azərbaycanda sahibkarlıq ekosisteminin inkişafı istiqamətində müxtəlif tərəfdaşlar və maraqlı tərəflər arasında dialoqu təşviq etmək;
- Yerli sahibkarları, vətəndaş cəmiyyəti təşkilatlarının və biznes nümayəndələrini sahibkarlığın və maliyyə savadlılığı istiqamətində resursların hazırlanması və tədrisi prosesinə cəlb etmək;
- Avropa təcrübəsi əsasında sahibkarlıq və maliyyə savadlılığının ümumi tədris prosesinə inteqrasiya edilməsi üçün təkliflər hazırlamaq;
- Sahibkarlığın və Maliyyə Savadlılığının tədrisi üzrə əldə edilən Avropa təcrübəsinin Bakı, Qəbələ, Masallı, Gəncə, Xaçmaz, Mingəçevir, Zaqatala və Qaxda yerləşən ümumtəhsil müəssisələrində təcrübədən keçirilməsi.
Gözlənilən nəticələr
- Sahibkarlığın və maliyyə savadlılığının tədrisi istiqamətində eston təcrübəsinin öyrənilməsi;
- JA proqramları əsasında sahibkarlıq və maliyyə savadlılığı üzrə təlim-tədris vəsaitlərinin (müəllim üçün metodik vəsait, şagird kitabı, onlayn tədris materialları) hazırlanması və sınaqdan keçirilməsi;
- 8 regiondan seçilmiş 150 müəllimin sabirkarlığın və maliyyə savadlılığının tədrisi metodikası istiqamətində bilik və bacarıqlarının artırılması;
- Pilot 42 orta və 4 peşə məktəbində sahibkarlığın və maliyyə savadlılığının tədris edilməsi;
- Biznes, maliyyə institutlarının nümayəndələrinin və yerli sahibkarların pilot məktəblərdə sahibkarlığın və maliyyə savadlılığının təşviqi və tədrisi prosesinə cəlb edilməsi;
- Tələbə və müəllimlər üçün orta və peşə məktəblərində müxtəlif təlimlər, seminarlar, biznes yarışların təşkili üzrə sahibkarlıq mərkəzlərinin/innovasiya laboratoriyalarının yaradılması;
-Sahibkarlığın tədrisi üzrə fəaliyyət planının hazırlanması və Təhsil Nazirliyinə təqdim edilməsi.
Beneficiaries
Innovation Camp for secondary school students
Training of trainers on JA Company Program for secondary and VET school teachers
Engaging financial institutions into the delivery of financial literacy at secondary and VET schools
Financial literacy trainings for students at the secondary and VET schools
Training of trainers on active learning and simulation games for secondary and VET school teachers
Training of trainers on entrepreneurship education for secondary and VET School teachers
Training of trainers on financial literacy for 150 teachers from secondary and VET schools
High-quality content, teaching and learning materials on entrepreneurial education and financial literacy for teachers and students.
Study trip to Tallinn, Estonia
Layihə xəritəsi
Foto qalereya

Innovation Camp
Entrepreneurship for Youth project_Closing Ceremony
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaradan tərəfdaşlıq, Yaradan tərəfdaşlıq, Yaradan tərəfdaşlıq
Alt sektor:
Məşğulluq və sahibkarlıq, Gənclər (sahibkarlıq və bacarıqların artırılması), Təhsil, tədqiqat və innovasiyalar
Mövzular:
Gənclər, Məşğulluq, Təhsil
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.10.2018
Bitmə tarixi:
31.03.2021
Aİ Layihə nömrəsi:
397-234