Skip to main content

İnsan hüquqlarının təşviqi və effektiv müdafiəsi sahəsində milli subyektlərin potensialının artırılması

Təsvir
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT IHAK tərəfindən həyata keçirilən bu layihənin ümumi məqsədi vətəndaş cəmiyyəti nümayəndələri və hüquqşünasların BMT-nın insan hüquqları sistemi çərçivəsində insan hüquqlarının təşviqi və müdafiəsindəki rolunu gücləndirməkdir. Layihə təlimlər vasitəsilə vətəndaş cəmiyyəti təşkilatlarnın (VCT-lər) və hüquqşünasların BMT-nin insan hüquqları mexanizmlərindən istifadə etməklə insan hüquqlarının monitorinqi, qiymətləndirilməsi və hesabatların hazırlanması sahəsində bilik və bacarıqlarını artırır və bu məqsədlə seçilmiş VCT nümayəndələri və hüquqşünaslara maliyyə və məsləhət dəstəyi göstərir. Tərcümə edilərək çap edilmiş təlim materialları və nəşrlər VCT-lər və hüquqşünasları insan hüquqları mövzusunda vacib məlumatla təmin edir. Layihə çərçivəsində yaradılmış Resurs Mərkəzi həssas qruplardan olan şəxslərə ödənişsiz hüquqi xidmətlər göstərir. Resurs Mərkəzi həmçinin VCT-lər və hüquqşünaslar üçün ödənişsiz məkan və vacib hüquqi vəsaitlər təmin etməklə ödənişsiz tədris mərkəzi kimi fəaliyyət göstərir.
Konkret məqsədi
Layihənin üç xüsusi məqsədinə bunlar daxildir: 1) vətəndaş cəmiyyəti nümayəndələri və hüquqşünasların BMT-nin insan hüquqları sistemindən istifadə etməklə, insan hüquqlarının təşviqi və müdafiəsinə yönəlmiş beynəlxalq təşviqatdakı bilik və bacarıqlarının artırılması; 2) BMT-nin Müqavilə Orqanlarına əsaslı təqdimatların edilməsində milli subyektlərin rolunun təşviq edilməsi və onların sayının artırılması; 3) milli subyektlər, xüsusilə də həssas qruplar üçün insan hüquqları üzrə milli müdafiə mexanizmlərinin təşviqi və bu cür mexanizmlərdən istifadənin artırılması.
Gözlənilən nəticələr
- VCT nümayəndələri və hüquqşünaslardan ibarət ən az 150 şəxsin beynəlxalq insan hüquqları standartları sahəsindəki biliklərinin artırılması və bu sahədə potensialın gücləndirilməsi;
- BMT-nin Müqavilə Orqanları tərəfindən qəbul edilmiş ən son Yekun Müşahidələrə dair məlumatın dövlət dilində təmin edilməsi və VCT-lər və hüquqşünaslar arasında paylanması;
- VCT-lər və hüquqşünasların alternativ hesabatlarının hazırlanması, onların BMT-nin insan hüquqları mexanizmlərinə təqdim edilməsi sahəsində bacarıqlarının artırılması;
- VCT-lər və hüquqşünaslar tərəfindən BMT-nin insan hüquqları mexanizmlərinə təqdim etmək məqsədilə hazırlanan keyfiyyətli hesabatların sayının artması;
- 1000-dən çox hüquqi işdə həssas qruplardan olan şəxslərin ödənişsiz hüquqi xidmətlə təmin edilməsi;
- VCT-lər və hüquqşünasların tədbirlərini təşkil etmələri üçün ödənişsiz məkan və resurslarla təmin edilməsi.
Beneficiaries
Delivery of free legal assistance for the benefit of vulnerable groups and facilitation of free facilities for the CSOs and lawyers' community members
Activity 2. Fellowship programme for the national CSOs and legal community and support of their role in the international advocacy to promote and protect human rights
Capacity development and awareness-raising action for the national CSOs and legal community on human rights with a specific focus on the UN human rights system
Layihə xəritəsi
Foto qalereya
Activity 2. Fellowship programme for the national CSOs and legal community and support of their role in the international advocacy to promote and protect human rights
Capacity development and awareness-raising action for the national CSOs and legal community on human rights with a specific focus on the UN human rights system
Delivery of free legal assistance for the benefit of vulnerable groups and facilitation of free facilities for the CSOs and lawyers' community members
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Qoruyan tərəfdaşlıq
Alt sektor:
Qanunun aliliyi və insan hüquqları
Mövzular:
İnsan hüquqları
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.01.2017
Bitmə tarixi:
31.12.2020
Veb-sayt:
www.ohchr.org
Aİ Layihə nömrəsi:
390-953