Skip to main content

Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması

Təsvir
Layihə 2030-cu il Gündəliyinin "Heç kəs kənarda qalmasın" prinsipini nəzərə alaraq, iqtisadi, sosial və digər fəaliyyət növlərindən kənarda qalan qadın və qızlara davamlı inkişafın faydalarını təqdim etməyə çalışır. Bu, ikitərəfli yanaşma tətbiq etməklə həyata keçiriləcəkdir: maraqlı tərəfləri 5-ci Dayanıqlı İnkişaf Məqsədini (DİM) müstəqil bir hədəf kimi izləməyə təşviq etməklə yanaşı, gender əsaslı hədəfləri mövcud 14 DİM-lə əlaqələndirmək. Təhsil, səhiyyə, resurslara çıxış, məlumatların toplanması, monitorinq və s. kimi sahələrə gender məsələlərini inteqrasiya etmək də layihənin bir missiyasıdır.

Vətəndaş cəmiyyəti təşkilatları (VCT) genderə həssas DİM-lərin həyata keçirilməsində ikitərəfli yanaşmanı yoxlamaq və tətbiq etmək üçün əsas oyunçu kimi çıxış edəcəklər. Bu məqsədlə Layihə, VTC-lərin potensialını artıracaq bir sıra təlim və tədris mənbələrinə çıxışı təmin edəcəkdir; VCT-lər, habelə mərkəzi və yerli hakimiyyət orqanları arasında şəbəkələşmə imkanları yaradacaq və əməkdaşlıqları gücləndirəcəkdir.
Konkret məqsədi
Layihənin ümumi məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasına dair milli gündəliyin genderə həssas istiqamətdə işlənib hazırlanması və həyata keçirilməsində vətəndaş cəmiyyətinin effektiv və fəal iştirakını təşviq etməkdir.
Gözlənilən nəticələr
- Vətəndaş cəmiyyəti təşkilatları ilə hökumət arasında DİM gündəliyinin icrası kontekstində dialoq və şəbəkələşmə üçün gender amilinin də nəzərə alındığı platformanın yaradılması;
- Vətəndaş cəmiyyəti təşkilatlarının DİM çərçivəsini daha yaxşı anlaması və DİM-lərin icrasında gender amilini nəzərə alan yanaşmaların tətbiqinə dair bacarıqların artırılması;
- Vətəndaş cəmiyyəti təşkilatları tərəfindən icra edilən, gender məsələlərinə həssaslıqla yanaşılan DİM-lərlə bağlı layihələrə dəstək göstərmək üçün qrant proqramının həyata keçirilməsi.
Layihə sənədləri
Beneficiaries
Gender-based Municipal Academy
Layihə xəritəsi
Foto qalereya
Social Media Training
Launch of Gender-Based Municipal Academy in Baku
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Səlahiyyətləndirən tərəfdaşlıq, Qoruyan tərəfdaşlıq, Səlahiyyətləndirən tərəfdaşlıq
Alt sektor:
Vətəndaş cəmiyyəti, Qanunun aliliyi və insan hüquqları, İnklüzivlik
Mövzular:
Vətəndaş cəmiyyəti, Qadınlar
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.04.2018
Bitmə tarixi:
30.06.2020
Aİ Layihə nömrəsi:
391-257