Skip to main content

Ənənəvi qida məhsullarının (ƏQM) təşviqi və marketinqinin inkişafı

Təsvir
Layihənin məqsədi iqtisadiyyatın şaxələndirilməsi istiqamətində hökumətin göstərdiyi səyləri dəstəkləmək, balanslı və inklüziv inkişafı təşviq etmək, regional fərqliliklərin azaldılması və kəndlilərin həyat tərzinin yaxşılaşdırılmasına kömək etməklə, xüsusilə biznesin inkişafına, investisiyanın təşviqi və məşğulluğa dəstək olmaqdır. Ümumi məqsəd ənənəvi olaraq istehsal edilən kənd təsərrüfatı və qida məhsullarının satışını artırmaqla və kənd yerlərinin ümumi iqtisadi inkişafına yardım etməklə daha yaxşı məlumatlandırılmış, daha çox market yönümlü və rəqabətədavamlı kiçik və orta ölçülü kənd təsərrüfatı aqrobiznes sektorunun inkişafını dəstəkləməkdən ibarətdir.
Konkret məqsədi
Layihənin məqsədi iqtisadiyyatın şaxələndirilməsində hökumətin göstərdiyi səyləri dəstəkləmək, balanslı və inklüziv inkişafı təşviq etmək, regional fərqliliklərin azaldılması və kəndlilərin həyat tərzinin yaxşılaşdırılmasına yardım etməklə, xüsusilə biznesin inkişafına, investisiyanın təşviqi və məşğulluğa dəstək olmaqdır. Layihənin bu müqavilənin bir hissəsi olan ümumi məqsədi ənənəvi olaraq istehsal olunan kənd təsərrüfatı və qida məhsullarının satışını artırmaqla və kənd yerlərinin ümumi iqtisadi inkişafına yardım etməklə daha yaxşı məlumatlandırılmış, daha çox market yönümlü və rəqabətədavamlı kiçik və orta ölçülü kənd təsərrüfatı aqrobiznes sektorunun inkişafını dəstəkləməkdən ibarətdir.
Gözlənilən nəticələr
- Ənənəvi qida məhsullarının satış imkanlarının artırılmasına imkan verən daha effektiv qanunvericilik təşəbbüsü irəli sürülür;
- ƏQM üzrə milli və regional brendlər və identifikasiyaların hazırlanması üçün səlahiyyətli orqanlar və FA-nın bacarıqları genişləndirilir;
- ƏQM üzrə keyfiyyətə zəmanət və serifikatlaşdırma sxemləri daha yaxşı başa düşülür, onun hazırllanması üçün müvafiq səlahiyyətli orqanların və fermer assosiasiyalarının bacarıqları genişləndirilir;
- Fermer bazarları və marketinq qrupları ticarətlə məşğul olur, kommersiya\dəyər zənciri əlaqələri fəaliyyətdədir və ənənəvi kənd təsərrüfatı və qida məhsullarının satışını artırır;
- ƏQM üzrə dəyər zənciri iştirakçıları ən az 3 pilot bölgədə bazar imkanları və onlardan istifadəni daha yaxşı anlayır;
- İstehlakçılar, o cümlədən məktəblilər yerli ərzaq istehsalı, qidalanma və sağlam qidanı daha yaxşı başa düşürlər;
- Ənənəvi qida istehsalı, qidalanma və sağlam qida haqqında yeni tədris proqramları gənc oğlan və qızların təhsili üçün imkan yaradır.
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaradan tərəfdaşlıq
Alt sektor:
Kənd təsərrüfatı və regional inkişaf
Mövzular:
Kənd təsərrüfatı
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.05.2019
Bitmə tarixi:
31.10.2021
Aİ Layihə nömrəsi:
405-886