Skip to main content

EU4Business layihəsi

Təsvir
EU4Business layihəsi, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə əldə etmək, iş mühitinin yaxşılaşdırılması, bacarıq və potensialın inkişafı və bazarlara daxil olması üçün dəstəyi çərçivəsində geniş bir monitorinq və kommunikasiya layihəsidir.
Konkret məqsədi
Layihə davamlı və ədalətli iqtisadi artım modellərinin inkişafına töhfə verərək özəl sektorun inkişafına AB-nin dəstəyi və bu dəstəyin Şərq Tərəfdaşlıq Ölkələrə təsiri barədə məlumatları təkmilləşdirilməyi hədəfləyir:

- Daha böyük həcmdə investisiyaların yaradılması;
- Sosial-iqtisadi şəraitin yaxşılaşdırılması;
- Məşğulluq imkanlarının yaxşılaşdırılması.
Gözlənilən nəticələr
- EU4Business təşəbbüsü çərçivəsində əldə edilmiş nailiyyətlər barədə cəmləşdirilmiş məlumatları əks etdirən illik hesabatın dərc edilməsi və təqdimatı da daxil olmaqla EU4Business fəaliyyətlərinin mütəmadi izlənməsini təmin etmək;
- Təşəbbüs daxilində gender bərabərliyinin qiymətləndirilməsi daxil olmaqla əvvəlcədən təyin olunmuş göstəricilərə əsaslanaraq EU4Business regional və ikitərəfli proqramlar çərçivəsində fəaliyyətlərin və layihələrin nəticələrinin təsirini qiymətləndirmək;
- KOB-lar, beynəlxalq maliyyə institutları, tərəfdaş ölkələrin inzibati və dövlət orqanları, biznesə dəstək təşkilatları, universitetlər və gələcək təşəbbüskarlar da daxil olmaqla əsas EU4Business paydaş qruplarını məlumatlandırmaq və əlaqələndirmək üçün EU4Business təşəbbüsü çərçivəsində layihələr ilə əlaqələndirilməklə peşəkar kommunikasiyanı inkişaf etdirmək;
- Layihə icraçılarından EU4Business fəaliyyətlərinin təsiri barədə əsas məlumatları toplamaq və bu məlumatlarının həm mərkəzi, həm də yerli səviyyədə peşəkar AB kommunikasiya podratçıları üçün əlçatanlığını təmin etmək.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Yaradan tərəfdaşlıq
Alt sektor:
İqtisadiyyat və ticarət
Mövzular:
Biznes
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.09.2019
Bitmə tarixi:
31.08.2022
Veb-sayt:
www.eu4business.eu
Sosial media: