Skip to main content

Vətəndaş cəmiyyəti ictimai qərarların qəbulunda əlilliyi olan şəxslərin hüquqlarının müdafiəçisi kimi

Təsvir
Layihə qərarların qəbulu proseslərində yerli hökumətlərlə işləmək və siyasətin işlənib hazırlanmasında əlilliyi olan şəxslərin hüquq və təcrübələrinin təşviqinə nəzarət etmək üçün əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə məşğul olan vətəndaş cəmiyyəti təşkilatlarının rolunu və potensialını gücləndirir.
Konkret məqsədi
Layihədə hər bir ölkədə və regional səviyyədə əlilliyi olan insanların maraqlarını təmsil edən fəal müdafiəçi kimi vətəndaş cəmiyyəti təşkilatlarını cəlb etməklə əlilliyi olan şəxslərə kömək etmək, yeni iş üsullarını tətbiq etmək və həyata keçirmək üçün yerli özünüidarəetmə orqanları ilə işləməyə imkan yaratmaq və əlilliyi olan şəxslərə qərar qəbuletmə proseslərində fəal iştirak etməyə imkan verən qabaqcıl təcrübələr təşviq edilir.
Gözlənilən nəticələr
Fəaliyyət 1:
Hökumətin əlilliyi olan şəxslərin ehtiyaclarını və hüquqlarını tanımaq və təmin etmək qabiliyyətini gücləndirən yerli hökumətin qərar qəbulu qabiliyyəti və fəaliyyəti üçün bazanın yaradılması.
Fəaliyyət 2:
Əlilliyi olan şəxslərlə çalışan vətəndaş cəmiyyəti təşkilatlarının, yerli hökumətlərin və medianın adı çəkilən sahədə məlumatlılığı artırmaq və əlillərin üzləşdiyi müxtəlif ehtiyacları və problemləri daha yaxşı təmsil etmək üçün onların bacarıqlarının artırılması və lazımi vasitələrlə təmin edilməsi.
Fəaliyyət 3:
Vətəndaş cəmiyyəti təşkilatlarının və əlilliyi olan şəxslərin hökumətin qərar qəbulu proseslərində və əlillik problemlərinin həlli üçün yerli hakimiyyət orqanları tərəfindən görülən tədbirlərin monitorinqində iştirakının artırılması.
Fəaliyyət 4:
İştirakçı ölkələrdə əlilliyi olan şəxslərin hüquqlarını daha yaxşı başa düşmək üçün milli və transsərhəd əməkdaşlığın gücləndirilməsi.
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Səlahiyyətləndirən tərəfdaşlıq, Qoruyan tərəfdaşlıq
Alt sektor:
Vətəndaş cəmiyyəti, Qanunun aliliyi və insan hüquqları
Mövzular:
Vətəndaş cəmiyyəti, İnsan hüquqları
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Gürcüstan, Ukrayna
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.01.2012
Bitmə tarixi:
31.12.2016