Skip to main content

Azərbaycanda enerji effektivliyinin daha da təkmilləşdirilməsinə dəstək

Təsvir
Azərbaycan enerji səmərəliliyi (ES) sahəsində zəruri islahatlara başlamağı prioritet hədəf olaraq müəyyənləşdirmiş və bu istiqamətdə əhəmiyyətli səylər göstərmişdir. Bunlar əsasən binalarla əlaqəli olmaqla bərabər, eyni zamanda ölkədə enerji istehlakı modellərinin dəyişdirilməsinə çalışır. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun qəbulu (Prezidentin 20 avqust 2021-ci il tarixli Fərmanı) EU4Energy proqramının I Fazasının (2016-2020) məntiqi nəticəsidir. Bundan əlavə, bu proqram çərçivəsində ilk “Enerji Effektivliyi üzrə Milli Fəaliyyət Planı (NEEAP)” və “Enerjidən istifadə edən məhsullar üçün eko-dizayn və etiketləmə tələblərinin qəbulunu sürətləndirmək üçün Yol Xəritəsi” hazırlanmışdır.
Azərbaycan Respublikasının Prezidenti müvafiq fərmanla Nazirlər Kabinetinə bu qanunun bəzi maddələrinin icrasını təmin etmək üçün bir sıra standart və qaydaları hazırlayıb Prezidentə təqdim etmək tapşırığı vermişdir. Bunlara daxildir: a) binalarda minimum enerji səmərəliliyi standartları b) sertifikatlaşdırma qaydaları c) etiketləmə qaydaları d) eko-dizayn tələbləri.
Qeyd olunan layihə enerji auditi sxemlərinin və binaların sertifikatlaşdırılmasının təşviqi kimi sahələrdə tənzimləyici qaydaların hazırlanması və tətbiqində Azərbaycan Hökumətinə dəstək verir.
Konkret məqsədi
Layihənin məqsədi “Enerji Resurslarından Səmərəli İstifadə və Enerji Effektivliyi haqqında” Qanunun icrasında Azərbaycan Hökumətinə dəstək olmaqdır. Layihə qrupu binalara münasibətdə enerji effektivliyi normaları və sertifikatlaşdırmanın tətbiqini, eləcə də ən çox istifadə olunan məişət texnikası üçün eko-dizayn və enerji etiketlərinin tətbiqini dəstəkləyir. Eyni zamanda, layihə qrupu ümumilikdə və qeyd olunan spesifik sahələrdə enerji səmərəliliyi ilə bağlı məlumatlılığı artıracaqdır.
• Yeni və mövcud binalarda enerji səmərəliliyi üzrə sertifikatlaşdırma üçün tənzimləyici çərçivənin yaradılması və tətbiqi
• Binaların enerji auditi üçün əsas metodlar və tələblər üzrə potensial enerji auditorlarının bacarıqlarının artırılması
• Müxtəlif hədəf qrupları arasında enerji səmərəliliyi haqqında məlumatlılığın artırılması
Gözlənilən nəticələr
“Enerji ehtiyatlarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda nəzərdə tutulmuş dörd normativ sənəd:
- Binalar üçün minimum enerji səmərəliliyi normaları
- Binaların enerji səmərəliliyi üzrə sertifikatlaşdırma qaydaları
- Soyuducuların, paltaryuyan maşınların, kondisionerlərin, məişət sobalarının və lampaların enerji etiketi üçün eko-dizayn tələblərini müəyyən edən Reqlament
Aşağıdakı dörd təlim sessiyası təşkil olunacaqdır:
• Binalarda ES üçün AB və digər beynəlxalq qabaqcıl tələblər və standartlar
• AB-də istifadə olunan enerji səmərəliliyinin qiymətləndirilməsi və sertifikatlaşdırma təcrübələri
• Eko-dizayn, enerji etiketlənməsi, o cümlədən bazarın monitorinqi və tələblərə riayət olunmasına nəzarətlə tanışlıq
• Təlimçilərin hazırlanması – binalar üçün enerji sertifikatlaşdırıcıları
• Müxtəlif maarifləndirmə tədbirləri həyata keçiriləcək və layihə və ES ilə bağlı təbliğat materialları hazırlanacaqdır.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
Training on basic methods and requirements for energy efficiency certification of buildings
Training workshop to promote public awareness on EE in buildings and energy labelling
Training workshop on EU ecodesign and energy labelling legislation and international best practices
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaşıllaşdıran tərəfdaşlıq, Səlahiyyətləndirən tərəfdaşlıq
Alt sektor:
Enerji və enerjinin səmərəliliyi, Vətəndaş cəmiyyəti
Mövzular:
Energetika
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
08.12.2021
Bitmə tarixi:
08.12.2022
Aİ Layihə nömrəsi:
300026200