Skip to main content

İqtisadiyyatın şaxələndirilməsi üçün uzunmüddətli enerji strategiyasının hazırlanması və icrasında Azərbaycan Hökumətinə Dəstək

Təsvir
İqtisadiyyatın şaxələndirilməsi üçün uzunmüddətli enerji strategiyasının hazırlanması və həyata keçirilməsində Azərbaycan Hökumətini dəstəkləyən bu layihənin dörd əsas məqsədi var:

1) Covid-19 pandemiyasının mənfi sosial-iqtisadi təsirini nəzərə almaqla mövcud Uzunmüddətli Enerji Strategiyası (UES) sənədinin yenilənməsi

2) Azərbaycan Energetika Nazirliyinin ölkə üçün enerji modellərini hazırlamaq imkanlarını artırmaq üçün xüsusi enerji modelləşdirmə vasitələrinin hazırlanması

3) Müxtəlif dəyişkən parametrləri nəzərə alaraq ölkə üçün yeni bir enerji modelinin və yeni Enerji ssenarilərinin hazırlanması

4) Energetika Nazirliyinin əməkdaşlarına enerji modelləşdirmə vasitələrindən istifadə etməyi, yeni enerji modellərini və ssenarilərini təhlil etməyi və bu modelləşdirmə yanaşmalarından istifadə edərək uzunmüddətli enerji strategiyalarını hazırlamağı öyrətmə
Konkret məqsədi
Bu layihənin xüsusi məqsədi Energetika Nazirliyinə aşağıda göstərilən istiqamətlərdə kömək etməkdir:
- Azərbaycanda COVID-19 pandemiyasının mənfi sosial-iqtisadi təsiri və karantin rejiminin qlobal nəticələri nəzərə alınaraq mövcud Uzunmüddətli Enerji Strategiyası (USE) sənədinin yenilənməsi;
- Uzunmüddətli enerji strategiyası çərçivəsində qərar verməyi dəstəkləmək üçün uyğun modelləşdirmə vasitələrini inkişaf etdirmək
- enerji təchizatı, tələbat meyllərinin dəqiq qiymətləndirilməsi əsasında 2050-ci ilə qədər müxtəlif siyasət variantlarını və ssenirilərini təhlil edərək və bərpa olunan enerji potensialı, enerji səmərəliliyi, yaşıl mobillik və həmçinin enerji bazarlarının liberallaşması və iqlim dəyişikliyi öhdəliklərinin yerinə yetirilməsininin nəticələrini nəzərə alaraq uzun-müddətli enerji strategiyasının hazırlanması və həyata keçirilməsi üçün Energetika Nazirliyinin institusional potensialının gücləndirilməsi üzrə təlim və seminarların hazırlanması
Gözlənilən nəticələr
Tapşırıq 1 COVID-19 pandemiyasının Azərbaycana yayılmasını və karatinin qlobal təsirlərini nəzərə alaraq UES sənədinin yenilənməsi - Nəticələr:
- Fəaliyyət Planı və qısamüddətli müdaxilələr üçün strategiya daxil olmaqla yenilənmiş Uzunmüddətli Enerji Strategiyası;

Tapşırıq 2 Uzunmüddətli enerji strategiyası üzrə təlim - Nəticələr:
- Energetika Nazirliyinin ən azı 10 nümayəndəsi, enerji modelləşdirməsində əsas anlayışlar və prinsiplər, enerji sahəsində təriflər, qısa, orta və uzunmüddətli modelləşdirmə, tələbatın proqnozlaşdırma metodları, enerji balansı cədvəlləri ilə əlaqəli əsas məqamlar və Sankey diaqramlar da daxil olmaqla uzunmüddətli enerji sektoru strategiyası tədqiqatlarının aparılması üçün istifadə olunan yanaşmalar üzrə təlim keçib
- Təlim proqramının həyata keçirilməsi və təlim çərçivəsində təqdim olunan bütün mövzuları ətraflı əhatə edən təlim materiallarının hazırlanması;
- Enerji sahəsində planlaşdırma əsasları üzrə təlimin davam etdirilməsi üçün Məsləhətçinin qiymətləndirilməsi və tövsiyələri ilə Təlim Hesabatı;


Tapşırıq 3 Uzunmüddətli enerji strategiyası çərçivəsində qərar verilməsini dəstəkləmək üçün uyğun modelləşdirmə vasitələrinin hazırlanması - Nəticələr:
- Şablonlar daxil olmaqla model üçün strukturlaşdırılmış məlumat dəsti
- Tələb olunan məlumat dəstlərinin toplanması, işlənməsi və saxlanmasına dair təlimatlar.
- baza ssenarini təqdim edən məlumatlara görə kalibrlənmiş və Azərbaycanın ehtiyaclarına uyğunlaşdırılmış xüsusi və uyğun modelləşdirmə vasitəsi
- baza ssenari üçün simulyasiyaların nəticələrini təqdim edən hesabat
- Təklif olunan modelləşdirmə vasitələri üçün istifadəçi təlimatları
- Alternativ ssenarilər üçün simulyasiyaların nəticələri barədə hesabat.


Tapşırıq 4 Modelin istifadəsi üzrə təlim - Nəticələr:
- Model (lər) üçün əməliyyat təlimatı
- Energetika Nazirliyinin ən azı 10 nümayəndəsi model (lər)-in istifadəsi və ssenarilər üzərində işləmək üzrə təlim keçmişdir
- Təlim proqramının həyata keçirilməsi və hər təlim üçün təlim materiallarının hazırlanması
- Məsləhətçinin qiymətləndirməsi və tövsiyələri ilə Təlim hesabatı
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaşıllaşdıran tərəfdaşlıq
Alt sektor:
Enerji və enerjinin səmərəliliyi
Mövzular:
Energetika, Səmərəli idarəçilik
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
02.11.2020
Bitmə tarixi:
30.11.2021
Aİ Layihə nömrəsi:
422-646