Skip to main content

Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması üzrə Milli Planın icrasına dair Azərbaycan Standartlaşdırma İnstitutuna dəstək layihəsi

Təsvir
Tvinninq layihəsinin ümumi məqsədi Azərbaycanda standartlaşdırma sisteminin təkmilləşdiirilməsi məqsədilə Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) hüquqi və institusional bazasını, onun maliyyə mexanizmləri və rəqəmsal transformasiyasını gücləndirməkdir. Layihə ÜTT-nin Ticarətdə Texniki Maneələrə dair Sazişinin tələblərinə əməl olunmasında Azərbaycana dəstək olmaqla Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasını gücləndirməkdir. AZSTAND 2019-cu ildən etibarən, beynəlxalq sınanmş praktikaya əməl edən müstəqil hökumət qurumudur. Almaniya, İspaniya və İsveçdən ibarət konsorsium özünün keçid mərhələsində və Azərbaycanda əsas iqtisadi idarəçilik təsisatı kimi mövqeyini gücləndirməkdə AZSTAND-a yardım etmək məqsədilə zəruri məsləhətləşmələri təmin edəcəkdir.
Konkret məqsədi
Tvinninq layihəsinin konkret məqsədi yeni qanunverici və tənzimləyici tələblərə cavab verməkdə və öz fəaliyyətini təkmilləşdirməkdə AZSTAND-a dəstək olmaqdır.
Gözlənilən nəticələr
Tvinninq layihəsindən sonra standartlaşdırma prosedurları ən son hüquqi düzəlişlərə uyğun olacaq və AZSTAND heyətinin potensialı tələb olunan səriştə ilə güclənəcəkdir. ÜD Konsorsiumu Azərbaycan tərəfdaşı ilə layihənin davamlılığına dair tədbirlər planını işləyib hazırlayacaqdır. Azərbaycan ölkə üçün ən müvafiq texniki sahələrə diqqət yetirmək üçün dəstək alacaqdır.
Nəticələri aşağıdakı kimi ümumiləşdirmək olar; İnstitusional çərçivə gücləndirilib və Azərbaycanın əsas standartlaşdırma orqanı kimi AZSTAND-ın statusu yaxşılaşdırılmışdır; Standartlaşdırma strategiyası və institusional yol xəritəsi hazırlanmışdır; Standartlaşdırma prosesində müxtəlif maraqlı tərəflər daha yaxından iştirak edirlər; AZSTAND-da rəqəmsal transformasiya planı hazırlanmışdır; Marka haqqında məlumatlılıq və ünsiyyət yaxşılaşdırılmışdır - standartlaşdırmanın üstünlükləri aydın şəkildə formalaşdırılıb və ünsiyyət planının bir hissəsidir; AZSTAND əlavə maliyyə mənbələri barədə məlumatlıdır və maliyyə müstəqilliyini qorumaq üçün gəlir əldə etməyi hədəfləyir.
Layihə sənədləri
Layihə xəritəsi
Foto qalereya
Seminar "International Experience in National Standardization Activities"
Project kick off meeting
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Azərbaycan
Prioritet sahə:
Yaradan tərəfdaşlıq
Alt sektor:
İqtisadiyyat və ticarət
Mövzular:
Biznes
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
01.11.2020
Bitmə tarixi:
31.10.2022