Skip to main content

"EU4Digital: Cybersecurity East"

Təsvir
Layihədə Şərq Tərəfdaşlığı ölkələri arasında fərqli inkişaf səviyyələri nəzərə alınaraq, bütün Şərq Tərəfdaşlığı ölkələrinin Aİ-nin kibertəhlükəsizliyə dair əsas prinsiplərinə daha da yaxınlaşdırmaq nəzərdə tutulub.
Konkret məqsədi
Layihənin məqsədi, kibertəhlükəsizliyi və kiberhücumlara qarşı hazırlığı Aİ-nin standartlarına uyğun şəkildə artıran texniki və əməkdaşlıq mexanizmlərinin hazırlanmasıdır.

ŞT ölkələrində yerli səviyyədə kibertəhlükəsizliyin idarə edilməsi və qanunverici bazanın gücləndirilməsi (aşağıdakı vasitələr daxil olmaqla):
-Qanunvericilik bazasının yaradılmasına və ya ona düzəlişlərin edilməsinə dəstək.
-Kiber təhdidlər və onlarla bağlı tədbirlər, insan hüquqları, məlumatların qorunması üçün təhlükəsizlik tədbirləri və nəzarət mexanizmləri üzrə təlim və mentorluq.
-Özəl sektor xidmət təminatçıları ilə əməkdaşlıq.
-İctimaiyyətin daha yaxşı məlumatlandırılması.

ŞT ölkələrində vacib əhəmiyyət daşıyan məlumat infrastrukturunun qorunmasının gücləndirilməsi (aşağıdakı vasitələr daxil olmaqla):
-Yerli vacib əhəmiyyət daşıyan məlumat infrastrukturuna texniki yardım.
-Vacib əhəmiyyət daşıyan məlumat infrastrukturunun qorunması üçün fəaliyyət planları və proseslərin hazırlanmasına dəstək.
-Vacib əhəmiyyət daşıyan məlumat infrastrukturunun qorunması ilə bağlı sistemlərin hazırlanmasına texniki yardım və təlim.

ŞT ölkələrində kibertəhlükəsizlik hadisələrinin idarə olunması məqsədilə əməliyyat bacarıqlarını artırmaq (aşağıdakı vasitələr daxil olmaqla):
-Kiber hadisələrin idarə edilməsi ilə bağlı birgə görüşlərin, nəzəri-təlim məşğələlərin və kiber hücum vəziyyətini simulyasiya etmək üçün təlim əməliyyatlarının təşkili.
-Birgə kiber əməliyyatlar və təhqiqatlar.
-Cari kiber hadisələrində qurumlararası və transmilli əməkdaşlığın dəstəklənməsi.
-Mövcud regional şəbəkələrin dəstəklənməsi və möhkəmləndirilməsi.
Gözlənilən nəticələr
-ŞT ölkələrində yerli səviyyədə kibertəhlükəsizliyin idarə edilməsi və qanunverici baza gücləndirilmişdir.
-ŞT ölkələrində vacib əhəmiyyət daşıyan məlumat infrastrukturunun qorunması gücləndirilmişdir.
-ŞT ölkələrində kibertəhlükəsizlik hadisələrinin idarə olunması məqsədilə əməliyyat bacarıqları artırılıb.
Layihə xəritəsi
Foto qalereya
LAYIHƏ HAQDA ƏTRAFLI MƏLUMAT
Regional
Prioritet sahə:
Əlaqələndirən tərəfdaşlıq, Qoruyan tərəfdaşlıq
Alt sektor:
Rəqəmsal (geniş zolaqlı, mobil, elektron hökumət, rəqəmsal innovasiyalar, kiber), Təhlükəsizlik və münaqişələrin həlli
Mövzular:
Rəqəmsallaşdırma, Təhlükəsizlik
ŞT ölkələri:
Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna
Layihənin statusu:
Tamamlandı
Başlama tarixi:
27.11.2019
Bitmə tarixi:
26.11.2022