Çətinliklərin aradan qaldırılması

08/02/2021

İmişlidən 35 km, Kürdəmirdən isə 27 km məsafədə yerləşən Telişli icmasının sakinləri bazarlıq etmək, gündəlik ailə tələbatını ödəmək və öz təsərrüfatlarında hasil olan məhsulları satmaq üçün hər dəfə bu qədər məsafəni qət etməli olurdular. Digər tərəfdən də sakinlər öz həyətyanı sahələrindən və pay torpaqlarından əldə etdikləri bağ-bostan məhsullarını, göyərtini, habelə heyvandarlıq və quşçuluq məhsullarını satmağa yer tapmırdılar. Maşın kirayələyib, kiçik miqdarda məhsulu yaxın şəhərlərə aparmaq da maddi cəhətdən əlverişli deyildi. Beləliklə, uzun illər hər kəs öz məhsulunu İmişli-Kürdəmir magistral yolu boyunca yağışdan-günəşdən qorunmayan şəraitdə satırdı.

Bu səhifədə verilən məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qoruması ilə tənzimlənir. © Avropa İttifaqı 2021