Photo: European Union

Aİ tərəfindən maliyyələşdirilən "Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək" layihəsi başa çatıb

09/07/2021

  • İqtisadi inkişaf və bazar imkanları
  • Məşğulluq və sahibkarlıq
  • Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı
  • Mobillik və insanlararası əlaqə
  • Təhsil və peşə təlimi

İyulun 2-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən “ABAD” publik hüquqi şəxsi ilə birgə icra edilən Balakən regional “ABAD” mərkəzi vasitəsilə “Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsinin bağlanış tədbiri keçirilib.

2017-ci ildən icra olunan layihə çərçivəsində 44 kəndli ailəsinə kiçik bizneslərini qurmaq və ya genişləndirmək üçün dəstək verilib. Kiçik ailə təsərrüfatlarına başlanğıc üçün biznesin inkişafı və planlaşdırılması, brendinq və satış, maliyyə uçotu və hüquqi xidmətlər, həmçinin qablaşdırma, qida təhlükəsizliyi, logistika, kommunikasiya və beynəlxalq ticarətin əsasları kimi müxtəlif mövzulara dair təlimlər təşkil edilib. Kursları müvəffəqiyyətlə bitirən ailələr lazımi avadanlıq və təchizat üçün müraciət hüququ qazanıblar. 200 nəfərin birbaşa faydalandığı layihədə 44 yeni ailə təsərrüfatından 22-si qadınlar tərəfindən, 12-si isə məcburi köçkünlər tərəfindən idarə olunur.

Bu yeni bizneslər qida istehsalından dekorativ sənətkarlığa qədər müxtəlif istiqamətləri əhatə edir. Ailələr tərəfindən hazırlanan bütün məhsullar tezliklə “ABAD” etno-butiklərində və bəzi iri supermarket şəbəkələrində satış üçün təqdim ediləcək.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

 

Bu səhifədə verilən məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qoruması ilə tənzimlənir. © Avropa İttifaqı 2021